Məzmuna keç

Hakimliyə namizədlərə etik davranış məsələlərin tədrisinə həsr olunmuş təlim keçirildi

Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir

Ədliyyə Akademiyasında kurs keçən hakimliyə namizədlərlə etik davranış məsələlərin tədrisinə mühüm önəm verilərək Etika Akademiyası ilə birgə "Daxili bacarıqların inkişafı" mövzusunda 3 günlük təlim keçirilib.

E-huquq.az xəbər verir ki, açılışda namizədlərin daxili bacarıqlarının inkişafı, onların yüksək davranış standartlarına və təsir mexanizmlərinə yiyələnmələri üçün təlimin əhəmiyyəti qeyd olunub.

Tədbirdə Böyük Britaniyanın İCM institutunun HR üzrə mütəxəssisi, etiket və yüksək standartlar üzrə təlimçi-hüquqşünas Günel İbrahimin mövzu ilə bağlı təqdimatı dinlənilib. Namizədlərə geyim kodeksi, protokol nitq, diksiya, natiqlik, söz ehtiyatının çoxaldılması, yaddaş məşqləri, stressə davamlılıq texnikaları aşılanıb.

Təlim zamanı interaktiv məşğələlərə maraq göstərən namizədlər bir neçə əyani məşğələdə iştirak edib, alimlərin ən son ixtiralarına istinad edən daxili bacarıqların inkişafı texnikasını, natiqlik mövzusunda xüsusi qısa düsturlar və təsir texnikalarını mənimsəyib, stressə davamlılıq kateqoriyasında özünü motivasiya edən fəndlər haqqında məlumat alıblar.