Məzmuna keç

Məhkəmə “Gilan Holdinq”ə məxsus şirkətin bank hesabına qoyulan həbslə bağlı qərar çıxardı

Bakı Kommersiya Məhkəməsində “MET-AK”  Məhdud  Məsuliyyətli  Cəmiyyətinin  (MMC)  “Gilan  Orchards” MMC-yə qarşı qarşı  pul  tələbi  barədə iddiaya baxılıb

Bakı Kommersiya Məhkəməsində “MET-AK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Gilan Orchards” MMC-yə qarşı qarşı pul tələbi barədə iddiaya baxılıb.

E-huquq.az xəbər verir ki, “MET-AK” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 131min 511 manat məbləğində pul vəsaitinin “Gilan Orchards” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Şirkət əvvəlcə 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinə bu işlə bağlı müraciət edərək, borclu şirkətin bank hesablarına həbs qoyulmasına nail olub.

İqtisadi məhkəmələr Kommersiya Məhkəməsi ilə əvəz olunduğundan işin davamına Bakı Kommersiya Məhkəməsində baxılıb. Lakin bu müddət ərzində tərəflər öz aralarında barışıq sazişi bağlayıblar. Buna görə iddiaçının nümayəndəsi Aysel Məhərrəmova barışıq sazişini məhkəməyə təqdim edib və cavabdehin 60 min manata yaxın əmlakının üzrəindən həbsin götürülməsinə də etiraz etmədiyini deyib.

Bundan sonra məhkəmə “Gilan Orchards” MMC-nin bank hesabından həbsin götürülməsi haqqında qərardad çıxarıb.

Eyni zamanda məhkəmə tərəflərin barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verib.