Azərbaycan səfirliyi Almaniyada yaşayan evsiz insanların qayğısına qalan təşkilata yardım göstərib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev öz sosial şəbəkə hesabında yazıb.
O, evsizlərə yemək paylanmasında şəxsən iştirak edib.
Nəsimi Ağayev "Facebook" hesabında yazıb: "Bu qış Berlində xüsusilə soyuq keçir. Bundan ən çox əziyyət çəkən küçələrdə yaşayan evsiz insanlardır. Səfirliyimiz bu kimsəsiz insanların qayğısına qalan təşkilata yardım göstərdi və onlara yeməklərin paylanmasında iştirak etdi".
