Məzmuna keç

Bakıda 45 yaşlı kişi dəm qazından zəhərlənərək öldü

Bakıda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

E-huquq.az xəbər verir ki, hadisə Nəsimi rayonu, F.Qasımov küçəsi ev 27 ünvanında qeydə alınıb.

Həmin mənzildə kirayət yaşayan, 1980-ci il təvəllüdlü kişi dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.