Məzmuna keç

Ağdamda tortdan zəhərləndikləri ehtimal olunan şəxlərin kimliyi müəyyənləşib –

Ağdamda tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi məlum olub.

E-huquq.az xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

– 1962-ci il təvəllüdlü Əsədova Gülbuta Şiralı qızı

– 2001-ci il təvəllüdlü Əsədov Elçin Ayaz oğlu

– 2003-cü il təvəllüdlü Əsədov Elvin Ayaz oğlu

– 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl

– 2006-cı il təvəllüdlü Əsədova Türkan

– 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət

***

Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.

Bu barədə e-huquq.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", – məlumatda qeyd olunub.