Pakistan və Əfqanıstan vətəndaşlarının ABŞ-yə girişinə qadağa qoyula bilər.
E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Donald Tramp administrasiyasının ABŞ-yə girişini qadağan edəcəyi ölkələr siyahısına bu iki öllə də daxil edilə bilər.
Bu qərarın ölkənin təhlükəsizliyi üçün risklərin təhlilinə əsaslanır. ABŞ hökuməti artıq gələn həftə qadağanı tətbiq edə bilər.
Digər ölkələrin vətəndaşlarının da ABŞ-a girişinə qadağa qoyula bilər, lakin mənbələr onların hansı ölkələr olduğunu hələki dəqiqləşdirməyib.
Humay Eminqızı
