İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şərif ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə nazir sosil şəbəkə hesabında məlumat paylaşıb.
"Azərbaycan – Pakistan tərəfdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük", – nazir bildirib.
