Məzmuna keç

Fransa vətəndaşları barəsində edam hökmü qərarı çıxarılıb

İraq məhkəməsi 2 Fransa vətəndaşı barəsində edam hökmü qərarı çıxarıb

İraq məhkəməsi 2 nəfər Fransa vətəndaşına qarşı ölüm hökmü qərarı çıxarıb.

E-huquq.az xəbər verir ki, İŞİD terrorçu qruplaşmasında iştirak etməkdə şübhəli bilinərək saxlanılan fransızların təqsiri sübuta yetirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Fransa vətəndaşları 3 il ərzində İŞİD terrorçu qruplaşmasının tərkibində döyüşlərdə, həmçinin İraq şəhərlərində törədilən dağıntılarda, qanunsuz edam aksiyalarında iştirak ediblər.

Xatırladaq ki, İraq qanunlarına əsasən, terrorçuluqla məşğul olan şəxslər edam cəzasına məhkum olunurlar.