Türkiyənin İstanbul şəhərində yaşayış binasında güclü yanğın baş verib.
E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, İstanbulun Başakşehir səmtində binanın damında aparılan izolyasiya işləri zamanı yanğın başlayıb. verib. Külək nəticəsində yanğın sürətlə böyüyüb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis qrupları göndərilib.
Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın qısa müddətdə nəzarət altına alınıb.
Şəbnəm Mehdizadə
