Məzmuna keç

Qəzza zolağında son bir gündə 64 nəfər həlak oldu

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 64 nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Qətərin “ Al Jazeera” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, dünyasını dəyişənlərin yarıdan çoxu Qəzza şəhərində və Fələstin anklavının şimal bölgələrində öldürülüb.

Qəzza zolağının cənubunda yerləşən Xan Yunis və Rəfahda da itkilər olub.