Tramp Putinin atəşkəslə bağlı qərarını alqışladı


  • 5 May 23:57

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Qələbə Gününün 80 illiyi münasibətilə mövcud müharibədə atəşkəs elan etməsini yüksək qiymətləndirib.

E-huquq.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı nikbin danışıb.

“Düşünürəm ki, biz uzun yol qət etmişik və ola bilər ki, nəsə baş versin – ümid edirik ki, baş verəcək”, – ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, hazırda bütün tərəflər münaqişənin həlli üçün əlverişli mövqedədir.

"Həm Rusiya, həm də Ukrayna məsələnin sülh yolu ilə həllinə köklənib", - Ağ Ev rəhbəri vurğulayıb.

Oxşar xəbərlər