- 16:12
Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huqquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankarada İŞİD terror təşkilatına qarşı aparılan iki ayrı istintaq çərçivəsində Suriya və İraqdaİŞİD silahlı terror təşkilatı adından fəaliyyət göstərdikləri və maliyyə vəsaiti təmin etməklə terroru maliyyələşdirmək cinayəti törətdikləri müəyyən edilən 5-i Türkiyə vətəndaşı olan 27 şübhəlinin eyni vaxtda tutulmasına qərar verilib.
Həmin şəxslərin tutulması üçün mərkəzi Ankara olmaqla 7 vilayətdə eyni vaxtda əməliyyat keçirilməsi qərara alınıb.
Onların tutulması istiqamətində işlər davam etdirilir.
Humay Eminqızı