- 15:38
Yeni Zelandiya hökuməti 16 yaşdan kiçik istifadəçilər üçün sosial medianın qadağan edilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Kristofer Lakson bildirib.
"Biz uşaqlarımızı sosial medianın zərərli təsirlərindən qorumaq istəyirik. Ona görə də biz bu gün 16 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsini təqdim etdik", - deyə baş nazir vurğulayıb.
Parlamentə təqdim edilən sənədlərə əsasən, qanun layihəsi uşaqları və gəncləri zorakılıqdan, qadağan olunmuş məzmundan və asılılıqdan qorumaq məqsədi daşıyır.
Həmçinin sosial şəbəkələrə daxil olmamışdan əvvəl istifadəçilərin yaşının yoxlanılması yükünün platforma administrasiyasının üzərinə düşəcəyi, bu öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsinin cərimə və təqiblərlə nəticələnəcəyi də nəzərdə tutulur.
Humay Eminqızı