- 18:37
Mahaçqalada atışma zamanı həlak olan polislərin ailələrinə 1 milyon rubl, zərərçəkmişlərə isə 500 min rubla qədər pul veriləcək.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın başçısı Sergey Melikov məlumat verib.
“Bizim onların qarşısında borcumuz Dağıstanın dinc gələcəyinə mane olmağa çalışanlara qarşı mübarizəni davam etdirməkdir. Zərərin ağırlığından asılı olaraq, zərərçəkənlərə 500 min rubla qədər yardım göstəriləcək”, - deyə o bildirib.
Qeyd edək ki, ötən gün Mahaçqala şəhərində naməlum şəxslərin Dağıstan Respublikası DİN-in DYP naryadına hücumu nəticəsində 3 polis həlak olub.
Humay Eminqızı