Pakistan ordusu Hindistanı Kəşmirdəki SES-ə hücumda ittiham edib


  • 7 May 10:27

İslamabad Hindistanı Kəşmirdəki Su Elektrik Stansiyasına (SES) hücumda ittiham edib.

E-huquq.az xəbər verir ki, bu barədə “Samaa” telekanalı məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində stansiya zədələnib.

"Hindistan "Neelum Jhelum" hidroenerji layihəsinə zərbə endirərək onu zədələyib", - Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-leytenant Əhməd Şərif Çaudri telekanala bildirib.

Oxşar xəbərlər