İstanbulda yol çöküb - FOTO


  • 7 May 11:35

Türkiyənin İstanbul şəhərində yol çöküb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Qaziosmanpaşa səmtində tikinti işləri aparılan zaman yolda çökmə baş verib.

Çökmə nəticəsində ərazidəki təbii qaz xətti zədələnib.

Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb edilib.

Qruplar bölgədə lazımi təhlükəsizlik tədbirləri görüb.

Çökmə baş verən ərazi təhlükəsizlik lenti ilə bağlanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər