ABŞ-də timsah qadına hücum edərək öldürüb


  • 7 May 11:57

ABŞ-ın Florida ştatında timsah qadına hücum edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qadın Kissimmee gölünə axan Tiger dərəsində hücuma məruz qalıb.

Suya düşəndən sonra bir daha görünməyən qadının meyiti bir müddət sonra yaxınlıqda tapılıb.

Komissiya hadisə yerinə timsah ovçusunun göndərildiyini, lakin aqressiv heyvanın hələ də tapılmadığını bildirib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər