- 7 May 17:20
Türk Hava Yollarının (THY) İstanbul-İslamabad və Pegasus Hava Yollarının İstanbul-Kəraçi reysləri təhlükəsizlik səbəbi ilə İstanbula qayıdıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında Hindistan ordusu Pakistan və Pakistanın Azad Kəşmir bölgəsində hərbi əməliyyata başlayıb.
Cavab olaraq Pakistan öz hava məkanını uçuşlar üçün bağlayıb və uçuşlarda fasilələr yaranıb.
Hücumlar səbəbilə Türk Hava Yollarının İslamabada, Pegasusun isə Kəraçiyə uçuşları İran üzərindən geri dönməyə qərar verib.
Şəbnəm Mehdizadə