ABŞ-də hava limanında dispetçerlərlə əlaqə kəsilib, yüzlərlə uçuş gecikib


  • 7 May 12:55

ABŞ-ın Nyuark Liberti Beynəlxalq Hava Limanında dispetçerlərin müvəqqəti olaraq təyyarələrlə əlaqəsi kəsilməsi gərginliyə səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Nəqliyyat Naziri Şon Daffi hadisə ilə bağlı açıqlama verib. Nazir bildirib ki, rabitə 30 saniyə kəsilib, lakin heç bir təyyarə təhlükə altında deyil.

Aprelin 28-də baş verən bu hadisə çərşənbə axşamına qədər davam edən yüzlərlə uçuşun gecikməsinə səbəb olub.

Federal Aviasiya Administrasiyası (FAA) hava hərəkətinə nəzarət sisteminin köhnəldiyini və bunun da öz təsiri olduğunu deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər