Hindistan XİN: "Məqsəd terror hücumlarının qarşısını almaq idi"


  • 7 May 13:06

"Hindistan Pakistandan gələcək terror aktlarının planlaşdırıldığı barədə kəşfiyyat məlumatlarına malik idi və "Sindoor" əməliyyatını həyata keçirməklə onların qarşısını almaq hüququndan istifadə edirdi"

E-huqu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri məlumat verib.

"Pakistanda yerləşən terror qrupları ilə bağlı kəşfiyyatımız göstərdi ki, Hindistana qarşı hücumlar qaçılmazdır. Beləliklə, onların qarşısını almaq lazımdır. Bu gün səhər tezdən Hindistan cavab vermək və növbəti belə hücumların qarşısını almaq hüququndan istifadə edib", - o bildirib.

Misrinin sözlərinə görə, Hindistan ordusu "Sindoor" əməliyyatı zamanı terror infrastrukturunun ləğvinə və Hindistana aparıla biləcək terrorçuların zərərsizləşdirilməsinə diqqət yetirib.

XİN rəsmisi, həmçinin bildirib ki, Pakistan öz ərazisindəki terror infrastrukturu ilə mübarizə üçün heç bir addım atmır.

Humay Eminqızı

Oxşar xəbərlər