- 7 May 17:20
Qlobal istiləşmə yeni ölümcül göbələk xəstəliyinin yayılmasına səbəb olur.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Mançester Universitetinin alimləri bu barədə araşdırma aparıb.
Araşdırmaya görə, Aspergillus fumigatus cinsindən olan ölümcül göbələk infeksiyaları insanlarda ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər. Mütəxəssislər bu növün Afrika və Cənubi Amerikadan şimala, Avropa və Asiyaya yayılacağını proqnozlaşdırırlar.
Tədqiqat həmçinin qeyd edilir ki, xəstəliyin yayılma dərəcəsi qalıq yanacaq istifadəsi və istixana qazı emissiyalarından asılıdır. Tədqiqatın aparıcı müəllifi, Mançester Universitetinin alimi Norman van Rhijn, göbələklərin müalicəsinin "son dərəcə çətin" olduğunu vurğulayıb və lazımi ehtiyat tədbirlərinin görülməsinə dair çağırış edib.
Hesablamalara görə, qlobal istiləşmə səbəbindən bu cür göbələklərin yayılma sahəsi 2100-cü ilə qədər 77 faiz arta bilər.
Şəbnəm Mehdizadə