- 16:54
Türkiyənin Adana şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT HabeR”ə istinadən xəbər verir ki, Suriyada İŞİD adına silahlı fəaliyyətlər həyata keçirdikləri və ölkəyə qeyri-qanuni yollarla daxil olduqları iddia edilən 6 şübhəlinin şəxsiyyəti müəyyən edilib.
Adananın Seyhan və Yüreğir rayonlarında 6 yaşayış məntəqəsində səhər saatlarında eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat zamanı Suriya əsilli şübhəlilər saxlanılıb.
Ünvanlarda ələ keçirilən rəqəmsal materiallara baxış keçirilib.
Şəbnəm Mehdizadə