- 09:23
Türkiyənin Antalya şəhərində turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyanın Manavqat rayonunda turistləri daşıyan mikroavtobusun sürücüsü məlum olmayan səbəblərdən idarəetməni itirərək ticari avtomobillə toqquşub.
Hadisə nəticəsində 4 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Humay Eminqızı