Qəzzada həlak olan fələstinlilərin sayı 52 653 nəfərə çatıb


  • 7 May 16:21

İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 38 nəfər ölüb, 145 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 2 545 fələstinli həyatını itirib, 6 856 fələstinli isə yaralanıb.

Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 52 653-ə, yaralıların sayı isə 118 897- yə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər