Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 7 nəfər saxlanılıb


  • 7 May 16:21

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar çərçivəsində təşkilatın gizli hərbi strukturunda yer aldığı müəyyən edilən 7 şübhəli haqqında həbs qərarı çıxarılıb. Mərkəzi Konya olmaqla Eskişehir, Ərzurum, Burdur, Iğdır, Mardin və İzmirdə keçirilən əməliyyatda 7 şübhəli saxlanılıb.

Şübhəlilərin istintaqı davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər