- 09:23
Türkiyənin Bitlis şəhərində 42 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri miqrant qaçaqçılığının qarşısını almaq üçün yoxlamalar aparıb.
Yoxlamalar zamanı şəhər mərkəzində dayandırılan yük maşınının qoşqusunda 42 qeyri-qanuni immiqrant aşikarlanıb.
Miqrant qaçaqmalçılığında şübhəli bilinən 2 nəfər saxlanılaraq həbs edilib.
Qanunsuz miqrantlar deportasiya prosesi üçün aidiyyəti quruma göndərilib.
Şəbnəm Mehdizadə