Finlandiyanın hərbi qırıcı təyyarəsi qəzaya uğrayıb


  • 7 May 16:42

Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb.

E-huquq.az Finlandiyanın YLE agentliyinə istinadən xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, təyyarə Rovaniemi şəhərindəki hərbi bazaya çırpılıb.

Bildirilib ki, pilot özünü təyyarədən sağ-salamat yerə atıb.

O dərhal xəstəxanaya aparılıb.

Açıqlamada təyyarə qəzası zamanı xəsarət alan şəxsin olmadığı bildirilib.

Qəzadan sonra hadisə yerinə polis və axtarış-xilasetmə qrupları gəlib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər