- 12:58
Fransa prezidenti Emmanuel Makron Fransa-Almaniya Təhlükəsizlik və Müdafiə Şurası quracaqlarını açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Yeliseydə Almaniyanın yeni kansleri Fridrix Merz ilə birgə mətbuat konfransında məlumat verib.
“Biz Avropanın üzləşdiyi çağırışlara birlikdə cavab vermək, bizim üçün prioritet olan suverenlik, təhlükəsizlik və rəqabətqabiliyyətlilik məsələlərində birgə hərəkət etmək istəyirik”, - deyə Makron bildirib.
Makron qeyd edib ki, Rusiyanın Avropa təhlükəsizliyinə sistemli təhdidinin bütün nəticələrini qiymətləndirməyə davam edəcəklər.
Fransa prezidenti Makron bir daha qitənin müdafiəsinə sərmayə qoymağa çağırış edib.
"Fransa-Almaniya proqramlarımızı sürətləndirəcək, yeni potensiallar inkişaf etdirəcək və Fransa-Almaniya Müdafiə və Təhlükəsizlik Şurası quracağıq" dedi. dedi.
Bundan əlavə, Makron Almaniya ilə birgə müdafiə innovasiya proqramı həyata keçirəcəklərini də açıqlayıb.
Şəbnəm Mehdizadə