Keçmiş vəkil Elman Paşayevin cinayət işi məhkəməyə göndərildi


  • 7 May 17:09

Moskva Şəhər Hərbi Prokurorluğu xüsusilə külli miqdarda dələduzluqda və dələduzluğa cəhddə ittiham olunan keçmiş vəkil Elman Paşayevin cinayət işi üzrə ittiham aktını təsdiq edərək məhkəməyə göndərib.

E-huquq.az xəbər verir ki, bu barədə “TASS”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (dələduzluq), 30-cu maddəsinin 3-cü hissəsi, 159-cu maddəsinin 4-cü hissəsi (dələduzluğa cəhd) ilə ittiham olunur.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün Donetsk Qarnizonu Hərbi Məhkəməsinə göndərilib.

İstintaqın məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında Paşayev bloqqer Yelena Blinovskayanın həyat yoldaşı, iş adamı Aleksey Blinovskidən onun və həyat yoldaşının ödəniş vəsaitlərinin qanunsuz dövriyyəsinə, vergidən yayınmalara görə cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərdiyinə görə 20,1 milyon rubl və 300 min dollar məbləğində nağd pul alıb.

Bundan əlavə, 2023-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayına qədər təqsirləndirilən şəxs cinayət işi ayrıca icraata ayrılmış şəxslə qabaqcadan əlbir olaraq, Petrozavodsk sakininin müqavilə əsasında hərbi xidmətə getməsinə köməklik göstərəcəyini və onu narkotik vasitələrin qanunsuz dövriyyəsi və pul alveri ilə bağlı cinayət məsuliyyətindən azad edəcəyini vəd edərək ondan 15 milyon rubl almağa cəhd edib.

Humay Eminqızı

Oxşar xəbərlər