Məzmuna keç

İstanbulda meşə yanğını olub

Türkiyənin İstanbul şəhərinin Sultanqazi rayonunda Hacı Bektaş-ı Vəli Meşəsində yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 14:30 radələrində naməlum səbəbdən baş verib.

Hadisə yerinə çoxlu yanğınsöndürənlər, helikopterlər cəlb edilib.

Yanğının qısa müddətdə söndürüldüyü bildirilib.

Humay Eminqızı