- 16:32
Trükiyənin İstanbul şəhərində qayıqda yanğın hadisəsi baş verib.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Tuzla adlı bölgəsindəki limanda dayanan qayıqda naməlum səbəbdən yanğın olub. Yanğın qısa müddətdə yaxınlıqdakı digər üç qayığa da keçib.
Hadisə yerinə yanğınsöndürmə, sahil təhlükəsizliyi və sahil mühafizə qrupları cəlb edilib.
Yanğına əvvəlcə ətrafdakı vətəndaşlar müdaxilə edib. Alovun digər qayıqlara keçməsinin qarşısını almağa çalışan vətəndaşlar yanan qayıqları sahildən uzaqlaşdırıblar.
Bir müddət sonra yanğın qrupların müdaxiləsi ilə söndürülüb.
Hadisə nəticəsində 4 qayıq yararsız hala düşüb.
Şəbnəm Mehdizadə