İstanbulda zəncirvari yol qəzası: yaralılar var


  • 09:32

Türkiyənin İstanbul şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Esenyurt səmtində 3 avtomobilin toqquşduğu qəzada 2 nəfər xəsarət alıb.

Bölgəyə təcili yardlm, polis və xilasetmə qrupları sövq edilib.

Qəza nəticəsində xəsarət alan 2 nəfər təcili tibbi yardım əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Bir müddət sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər