ABŞ-də orta məktəbdə bıçaqlı hücum: ölən və yaralılar var


  • 09:51

ABŞ-ın Kaliforniya ştatında orta məktəbdə bıçaqlı hücum nəticəsində bir şagird ölüb, ikisi yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə polis sözçüsü Natali Qarsiya məlumat verib.

O bildirib ki, hadisə ştatın Santa Ana Liseyinin qarşısında, dərs bitdikdən sonra baş verib.

Hüquq-mühafizə orqanları hadisəni törədən iki şübhəli şəxsi axtarır.

Təxminən 3000 şagirdin təhsil aldığı liseydə dərslər və idman proqramları ləğv edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər