- 16:29
Braziliyada şəhər mərkəzlərində əqrəb populyasiyasının sayı sürətlə artıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, ölkədə son 10 ildə əqrəb hücumları 250 faiz artıb.
Belə ki, 2014-2023-cü illər arasında Braziliyada 1,1 milyondan çox əqrəb sancması hadisəsi qeydə alınıb.
Bu artım sürətli və planlaşdırılmamış urbanizasiya ilə yanaşı iqlim böhranının təsirləri ilə əlaqələndirilir.
Şəhərlərdəki divar boşluqları, kanalizasiya sistemləri, dağıntı yığınları və tikinti tullantıları əqrəblərin sığınması üçün əlverişli mühit yaradır.
São Paulo Dövlət Universitetinin dosenti Dos. Dr. Manuela Berto Pucca bildirib ki, plansız şəhərləşmə Braziliyada ekosistemləri kökündən dəyişdirib.
Bəzi əqrəb növlərinin cütləşmədən çoxala bildiyi və qidalanmadan 400 günə qədər yaşaya biləcəyi ifadə bildirilir. Bundan əlavə, temperaturun yüksəlməsi və quraqlıq kimi iqlim şəraiti də əqrəb populyasiyalarının yayılmasını sürətləndirir.
2024-cü ildə Braziliyada təxminən 200.000 insan əqrəblər tərəfindən sancılıb və 133 nəfər həyatını itirib. Tədqiqatçılar 2025-2033-cü illər arasında 2 milyon yeni hadisənin ola biləcəyini proqnozlaşdırırlar.
Ən çox risk altında olan qruplar isə uşaqlar və qocalardır. Braziliya Səhiyyə Nazirliyi əqrəb sancmalarına qarşı pulsuz müalicə təklif edir. Antidot bəzi xəstəxanalarda əldə edilə bilər. Mütəxəssislər vurğulayır ki, sancma zamanı dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət etmək lazımdır.
Şəbnəm Mehdizadə