Türkiyəli vəkil: "Gözəl Gəncədə belə bir vəkil bürosunun açılması çox sevindirici hadisədir"


  • 10:55

"Gözəl Gəncədə belə bir vəkil bürosunun açılması çox sevindirici hadisədir".

E-huquq.az xəbər verir ki, bunu İzmir Barosunun vəkili Afhan Topel Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimində deyib.

O, dəvətə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırova təşəkkür edib: "Böyük məmnuniyyətlə burada iştirak edirəm. Özümü dostar arasında çox xoşbəxt hiss edirəm. Bizim sədrimiz Səfa Yılmaz da açılış mərasiminə dəvətli idi. Lakin təəssüf ki, gərgin iş qrafikinə görə iştirak edə bilmədi. Özü burada olmasa da, ürəyinin sizinlə olduğunu bilməyinizi istədi və ən xoş arzularını çatdırdı".

Daha da sonra İzmir Barosunun digər vəkili Forough Amirabedin çıxış edib.

Xanım vəkil tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu bildirib: "Yeni büro hüquq cameəsi üçün xeyirli-uğurlu olsun!"

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər