- 20:08
Çin prinsipial məsələlərdə güzəştə getməyəcək və ABŞ-la razılaşma əldə etmək üçün ədaləti qurban verməyəcək.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadonq bildirib.
“Əgər onlar təzyiq və şantaj naminə danışıqların arxasında gizlənərək bir şey deyib, başqa bir şey etsələr, Çin bununla razılaşmayacaq və razılaşma naminə öz prinsiplərini və ədalətini qurban verməyəcək”, - deyə o bildirib.
Sözçü əlavə edib ki, Birləşmiş Ştatlar tarif siyasətinin özünə və dünyaya ciddi mənfi təsirini dərk etməli və öz səhvlərini düzəltməyə və birtərəfli tarif artımlarını ləğv etməyə hazır olmalıdır.
Humay Eminqızı