İstanbulda 16 İŞİD terrorçusu saxlanıldı


  • 17:02

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğu İŞİD terror təşkilatı tərkibində fəaliyyət göstərdiyi müəyyən edilən 23 şübhəli barəsində həbs qərarı çıxarıb.

Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda 16 şübhəli saxlanılıb.

Qaçan 7 şübhəlinin tutulması istiqamətində tədbirlər davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər