Ötən il Berlində uşaqlara ən çox Məhəmməd adı qoyulub


  • 17:13

2024-cü ildə Almaniyanın paytaxtı Berlində körpələrə ən çox qoyulan adların Sofiya və Məhəmməd olduğu bildirilib.

E-huquq.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Visbadendəki Alman Dili Dərnəyi (GfdS) bildirib.

Dərnək Berlində son altı ildə körpələrə ən çox qoyulan adlar arasında Məhəmməd adının yer aldğı, keçən il isə körpələrə ən çox qoyulan adların Sofiia və Məhəmməd olduğunu açıqlayıb.

Ölkə miqyasında isə Sofia və Noah adlarının 2024-cü ildə də reytinqə başçılıq etdiyi qeyd olunub.

Bildirilib ki, 1977-ci ildən bu sahədə araşdırmalar aparan birlik 750 qeydiyyat idarəsindən daxil olan 900 min məlumatı təhlil edərək bu nəticələri üzə çıxarıb.

Almaniyada verilən bütün adların təxminən 92 faizini qeydə alan dərnəyin reytinqi tərtib edərkən adların alternativ yazılışlarını da nəzərə aldığı vurğulanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər