Aİ Ukraynanın NATO-ya üzvlüyü məsələsində geri çəkilməyəcək


  • 18:49

Avropa İttifaqının (Aİ) xarici işlər naziri Kaja Kallas bəyan edib ki, Aİ Ukraynanın demilitarizasiyası və qoşulmama statusuna dair hər hansı şərtləri qəbul etmir.

E-huquq.az xəbər verir ki, bu barədə Kallas Varşavada Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.

"Biz nazirlərlə mümkün sülh yolu ilə nizamlanma prinsiplərini müzakirə etdik", - deyə o bildirib.

Onun sözlərinə görə, Aİ Ukraynanın NATO-ya üzvlüyü məsələsində geri çəkilməyəcək və Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzv kimi qəbul olunması istiqamətində israrını davam etdirəcək.

Oxşar xəbərlər