- 17:31
Dağıstanda 10 yaşlı uşağın sərbəst güləş məşqindən sonra ürəyi dayanıb.
E-huquq.az xəbər verir ki, Dağıstanın İdman Nazirliyi uşağın ölümü ilə bağlı məlumat yayıb.
Məlumata əsasən, idmançı məşq zamanı özünü pis hiss edib. O, Mahaçqaladakı xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Qeyd edək ki, "Telegram" kanallarının birində paylaşılan məlumatda uşağın ağır xəstəliyinin olduğu və valideyinlərinin bundan xəbərsiz olduğu qeyd edilib.
Humay Eminqızı