- 17:31
Türkiyənin Hakkari şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Hakkarinin Şemdinli rayonunda şagirdləri daşıyan avtobus idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 14 nəfər yaralanıb.
Bölgəyə təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib.
Qəzada yaralanan şəxslər təcili yardımla Şemdinli Dövlət Xəstəxanasına aparılıb.
Yaralıların səhhətinin yaxşı olduğu bildirilib.
Qəza ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə