- 23 May 23:42
Türkiyənin Kocaeli şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yük maşını və iki minik avtomobilinin toqquşduğu qəzada 4 nəfər xəsarət alıb.
Qəza zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə yerinə tibb və polis qrupları vəlb edilib.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Qəzanın səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə