Məzmuna keç

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada 6,3 bal gücündə güclü zəlzələ baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ mayın 23-də yerli vaxtla saat 2:52-də Benqkulu əyalətinin sahillərində qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar təxminən üç saniyə davam edib.

İlkin məlumatlara görə, azı 34 bina zədələnib, xəsarət alan olmayıb.

Humay Eminqızı