- 17:31
Türkiyənin Adana şəhərində evində ölü tapılan 2 aylıq uşağın valideynlərinə hökm oxunub.
E-huquq.az xəbər verir ki, bu barədə Adana Ağır Cəza Məhkəməsi qərar qəbul edib.
Belə ki, 2 il əvvəl Adananın Seyhan rayonunda iki aylıq körpənin yaşadığı evdə cəsədi aşkarlanıb.
Hadisə ilə bağlı ana və ata saxlanılıb.
Ana və ata ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə ittiham olunub.
Ana Ayşegül Talay körpələrinin ölümü ilə bağlı ittihamları qəbul etməyib və bəraət hökmünün çıxarılmasını xahiş edib.
Məhkəmənin qərarı ilə onların hər birinə 25 il həbs cəzası verilib.
Şəbnəm Mehdizadə