Qəzzada həlak olan fələstinlilərin sayı 53 822 nəfərə çatdı


  • 23 May 16:25

İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda xəstaxanalara 60 ölü, 185 yaralı gətirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 3 673 fələstinli həyatını itirib, 10 341 fələstinli isə yaralanıb.

Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 53 822-yə, yaralıların sayı isə 122 382- yə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər