- 23 May 23:42
Türkiyənin İstanbul şəhərində tələbə yataqxanasında yanğın hadisəsi baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Tuzla adlı bölgəsində qızların qaldığı 2500 nəfərlik yataqxananın birinci mərtəbəsində naməlum səbəbdən yanğın baş verib.
Binanın birinci və yuxarı mərtəbələrini tüstü bürüdüyü üçün yataqxanada olan tələbələr təxliyə edilib.
Əraziyə yanğınsöndürənlər, polis və tibb qrupları sövq edilib.
Komandaların müdaxiləsi nəticəsində yanğın söndürülüb.
Yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.
Şəbnəm Mehdizadə