"Microsoft" rəhbərliyə etiraz edən əməkdaşını işdən çıxarıb


  • 23 May 16:42

"Microsoft" texnologiya şirkəti rəhbərliyə etiraz edən əməkdaşını işdən çıxarıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, süni intellekt xidmətləri komandasında çalışan mühəndis Joe Lopez Seattleda keçirilən konfransda açılış nitqi ilə çıxış edib.

O, çıxışında şirkətin baş direktoru Satya Nadellanı İsrailin Qəzzada törətdiyi hərbi cinayətləri dəstəkləməkdə günahlandırıb.

Mühafizəçilər tərəfindən zaldan çıxarılan mühəndis bu soyqırımının dəstəkçisi olmayacağını deyib.

Lopez tədbirdən sonra şirkət əməkdaşlarına elektron poçt göndərərək şirkətin İsrail Müdafiə Nazirliyi ilə bağladığı müqavilələrə əsasən bulud və süni intellekt texnologiyalarının Qəzzada mülki əhalini hədəf almaq üçün istifadə edildiyini qeyd edib.

Lakin şirkət rəhbərliyi tərəfindən verilən açıqlamada bulud və süni intellekt xidmətlərinin İsrail Müdafiə Nazirliyinə təqdim edildiyi və bu texnologiyaların mülki şəxslərə zərər vermək üçün istifadə edildiyinə dair heç bir dəlil olmadığı təsdiqlənib. “Microsoft” mayın 22-dən etibarən “Fələstin”, “Qəzza” və “soyqırımı” ifadələrindən ibarət şirkət e-poçtlarının alıcılara çatmasını bloklamağa başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər