Yunanıstanda əhaliyə su içmək və yemək bişirmək qadağan edilib - SƏBƏB


  • 23 May 17:04

Yunanıstanın Serres şəhərinin beş yaşayış məntəqəsində içməli suda təhlükəli miqdarda uran aşkar edilib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) müvafiq direktivi çərçivəsində aparılan ölçmələr nəticəsində Lefkonas, Kristos, Metohi, Melenikiotika və Hrisopigi yaşayış məntəqələrində içməli suda normadan artıq uran aşkar edilib.

Serres Bələdiyyəsi Su və Kanalizasiya İdarəsinin (DEYAŞ) baş direktoru Nikos Safarikas yoxlamaların tez-tez təkrarlandığını və alınan nümunələrin analiz üçün ölkədəki yeganə səlahiyyətli laboratoriya olan Demokritos Araşdırma Mərkəzinə göndərildiyini bildirib.

Safarikas, DEYAŞ-ın uranın aşkar edildiyi bölgələrdə suyun təmizlənməsi işləri üçün layihə hazırlıqlarına başladığını da vurğulayıb.

Serres qubernatoru Panagiotis Spiropoulos ictimaiyyəti panikaya düşməməyə dair çağırış edib.

Qeyd edək ki, sözügedən bölgələrdə yaşayan əhaliyə dərhal su içmək və yemək bişirmək qadağan edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər