Qatarın damına çıxan yeniyetməni "tok" vurub öldürdü


  • 23 May 17:11

Rusiyanın Moskva şəhərində qatarın damına çıxan yeniyetmə elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.

E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü (Dəmir yolu nəqliyyatının hərəkəti və istismarı təhlükəsizliyi qaydalarının pozulması, ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olan) maddəsi ilə cinayət işi açılıb.

Müstəntiqlər və məhkəmə-tibb ekspertləri tərəfindən cinayətin baş verdiyi yerə baxış keçirilib, zəruri ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırma davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər