- 23 May 23:42
Türkiyənin İzmir şəhərində vəkildən rüşvət alarkən cinayət başında yaxalanan icra şöbəsinin rəis müavini saxlanılıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, İzmir Ədliyyəsi İcra Şöbəsinə aid iş üzrə rəsmi ödənişin sürətləndirilməsi məqsədilə icra şöbəsinin rəis müavini və icra katibi vəkildən 200 min lirə rüşvət tələb ediblər.
Vəkil bu barədə prokurorluğa məlumat verib.
Daha sonra vəkil qarşı tərəfə tələb etdiyi rüşvəti verəcəyini bildirib. O, icra şöbəsinin rəis müavini ilə kafedə görüşüb.
Həmin vaxt hərəkətə keçən polis əməkdaşları icra şöbəsinin rəis müavini iş başında yaxalayıblar.
İcra katibi isə evində saxlanılıb.
Saxlanılan şəxslərlə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə